"Milan" 3 xalı son dəqiqədə qazandı: Serie A - XI tur

ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunlarına yekun vurulub. Turun ilk oyun günündə keçirilən yeganə qarşılaşmada "Napoli" Empolidən olan qonaqlara rəhm etməyib. 

 

İkinci oyun günündə "İnter" və "Yuventus" növbəti qələbələrini qazanıblar. "Roma" isə "Fiorentina" səfərindən 1 xalla dönüb. 


Son oyun günündə "Latsio" evdə SPAL-ı, "Torino" isə səfərdə "Sampdoriya"nı meydana çıxmağa peşman edib. "Milan" isə "Udineze" səfərindən oyuna əlavə olunmuş son dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.


İtaliya A Seriyası, 20158/2019 mövsümü
11-ci turun oyunları


2 noyabr 2018


Napoli - Empoli 5:1
Qollar: İnsinye 9, Mertens 38, 64, 90, Milik 90 : Kaputo 58


3 noyabr 2018


İnter - Cenoa 5:0
Qollar: Qalyardini 1, 49, Politano 16, J.Mario 90, Naynqqolan 90


Fiorentina - Roma 1:1
Qollar: Veretu 32 (p.) : Florensi 85


Yuventus - Kalyari 3:1
Qollar: Dibala 1, Bradariç 38 (ö.q.), Kuadrado 87 : J.Pedro 36


4 noyabr 2018


Latsio - SPAL 4:1
Qollar: İmmobile 26, 35, Kataldi 59, Parolo 70 : Antenuççi 29


Kyevo - Sassuolo 0:2
Qollar: Di Françesko 42, Qyaççerini 90 (ö.q.)


Parma - Frozinone 0:0


Sampdoriya - Torino 1:4
Qollar: Kvalyarella 65 : Belotti 12, 43 (p.), Falke 56, İzzo 78


Bolonya - Atalanta 1:2
Qollar: Mbaye 3 : Mançini 57, Sapata 70


Udineze - Milan 0:1
Qol: Romanyoli 90+7 

Müəllif: Orxan NOVRUZOV