Mövsümdə 2-ci: 4 oyunda 6 qol

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının X turu aşağı məhsuldarlıqla diqqət çəkib. Turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub. Bunun yarısı “Qəbələ” - “Sabah” görüşünə təsadüf edib - 2:1. “Qarabağ” - “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” - “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb.

 

“Zirə” - “Səbail” qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir. Belə ki, sentyabrın 14-16-da keçirilən IV turda məhsuldarlıq daha aşağı olub. Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV