"Bu cür durum məni sevindirir": Samir Abasov

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının X turunun son qarşılaşmasında “Bakcell Arena”da “Səbail”lə qolsuz bərabərliyə imza atan “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Oyuunçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də siraət etdi. Təəssüf ki, son 3 oyunda 9 xal götürəsi olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni sevindirir. İrəliləyiş məni sevindirir. Bilmirəm, bizə azarkeşlik edən insanlar nə dərəcədə zövq aldı. Lakin meydanda yalnız “Zirə” var idi.

 

- Cəmi 1 əvəzetmə etdiniz.
- Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü ki, onu da əvəzlədim.

 

- Oyun var, amma fərdi ustalıq axsayır. Qışı çox arzulayırsınız?
- İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttində güclənməyə ehtiyac var. 

 

Mənbə: Sport24

Müəllif: Estafet.az