"Qarabağ" Poltava döyüşündən qalib ayrıldı
ESTAFET/ Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirib. Qurban Qurbanovun futbolçuları turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Ukraynanın “Vorskla” klubu ilə qarşılaşırdı.
Matç təmsilçimizin 1:0 hesablı qələbəsiylə nəticələnib. Araz Abdullayevlə bu mövsüm qrupda vurulan ilk qol ilk qələbə qazandırıb. Bununla da "Qarabağ" vaxtilə elə Avropa Liqasının qrupunda olduğu kimi Ukraynadan 1:0 hesabıyla qayıdıb. Onda Kiyevdə "Dnepr" 1:0 hesabıyla məğlub edilmişdi.
Avropa Liqası, 2018/2019 mövsümü
E qrupu, 4-cü turun oyunu
8 noyabr 2018
Vorskla - Qarabağ 0:1
Qol: Araz Abdullayev 13 (p.)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Poltava. Aleksey Butovski adına stadion.
Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Sergeyçuk. 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv. 44. Ardin Dalku.
Baş məşqçi: Vasili Saçko.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qrupun digər oyunu olan "Arsenal" - "Sportinq" qarşılaşmasında tərəflər meydandan qolsuz bərabərliklə ayrılıblar.
Arsenal - 10, Sportinq – 7, Vorskla – 3, Qarabağ – 3