"Çox yaxşı komandaya məğlub olduq": Vasili Saçko

ESTAFET/ “Vorskla”nın baş məşqçisi Vasili Saçko futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”a evdə 0:1 hesabıyla yenildikləri oyundan sonra mətbuat konfransında fikirlərini bildirib. Ukraynalı mütəxəssis futbolçularımızın texnikalı olduğunu və bu meydana daha yaxşı alışdıqlarını qeyd edib:

 

"Birinci hissədə daha yaxşı oynadılar. Yüksək səviyyəli futbolçulardı, amma özümüz özümüzə problem yaratdıq. Çox səhvlər etdik, sürətdə uduzduq. İkinci hissədə daha yaxşı oynadıq. Çox yaxşı komandaya məğlub olduq. "Qarabağ"da bir çox milli komandanın futbolçusu oynayır”. 

Müəllif: Estafet.az