Favoritlər turu qələbə ilə başa vurdular

ESTAFET/ Kişi həndbolçuların ölkə çempionatı davam edir. Həftəsonu yarışın 4-cü turunun qarşılaşmaları olub. Növbəti oyun günü də favoritlərin qələbəsi ilə yadda qalıb.

 

Çempionatın lideri “Məhsul” “Təhsil”lə görüşdə də pərəstişkarlarını sevindirib. Gərgin mübarizə şəraitində keçən oyun 24:21 hesabı ilə başa çatıb.

 

“Bakı” isə U-16-nı növbəti məğlubiyyətlə barışdırıb. Görüş daha təcrübəli nominal meydan sahibinin 47:13 hesablı qələbəsi ilə nəticələnib. Bu nəticə ilə xal ehtiyatını 6-ya yüksəldən “Bakı” lider “Məhsul”dan iki xal geri qalır. 

Müəllif: Estafet.az