FORMULA E: MƏRAKEŞ QRAN PRİSİ
ESTAFET/ Mərakeşdə Formula E üzrə Dünya Çempionatının mərhələ yarışı keçirilib. Sayca ikinci mərhələdə qələbəni Sebastyen Buemi qazanb. "e.dams" komandasının təmsilçisi üçün əsas rəqiblər Feliks Rosenkvist, Sem Byörd və Jan-Erik Vern olub. Lakin finiş xəttinə az qalmış təşəbbüsü tədriçən ələ alan S. Buemi təyin olunan 33 dövrəni 1 saat, 23.6 dəqiqəyə başa vurmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən mövsümün qalibi bu nəticə ilə ən yaxın rəqibi "Virgin" komandasının pilotu Sem Byördü 2.4 saniyə üstələyib. Üçüncü yeri isə "Mahindra" kollektivindən Feliks Rosenkvist (+7.1) tutub.
Mövsümün üçüncü mərhələsi fevralın 18-də Argentinada keçiriləcək.