FIDE DÜNYA ÇEMPİONATI: IV GÖRÜŞ
ESTAFET/ ABŞ-n Nyu York şəhərində şahmat üzrə Dünya Çempionu adı uğrunda görüşlər davam edir.
Reqlamentə əsasən, hazırkı Dünya Çempionu norveçli zəka sahibi Maqnus Karlsenlə iddiaçı Sergey Karyakin (Rusiya) arasında 12 partiya oynanılacaq.
Vaxt nəzarəti: 40 gediş üçün 100 dəqiqə + 20 gediş üçün 50 dəqiqə + 15 dəqiqə və partiyanın sonunadək hər gediş üçün +30 saniyə.
Görüşlərin yekununda heç-heçə qeydə alınacağı halda, 25 dəqiqə + hər gedişə 10 saniyə vaxt nəzarəti olan 4 görüşdən ibarət tay-breklər oynanılacaq. Burada da bərabərlik olarsa, 5 dəqiqə + hər gedişə 3 saniyəlik vaxtla əlavə 2 partiya oynanılacaq. Bundan sonra, ehtiyac olacağı təqdirdə 2 partiyadan ibarət 4 blitsmatç oynanılacaq. Əgər bu halda da qalib müəyyənləşməyəcəksə, armagedon oynanılacaq. Ağlar 5 dəqiqə, qaralar 4 dəqiqə vaxta malik olacaq. Bərabərlik qaraların qələbəsi deməkdir.
IV görüşün nəticəsi:
Sergey Karyakin - Maqnus Karlsen 0,5-0,5
Ümumi hesab: 2-2