3-cü partiyada da qalib müəyyənləşmədi: Karlsen - Karuana

ESTAFET/ Xəbər verdiyimiz kimi, Londonda (B.Britaniya) şahmat üzrə dünya çempionu adı uğrunda hazırki dünya çempionu Maqnus Karlsen (Norveç) və iddialı Fabiano Karuana (ABŞ) arasında görüşlər davam etməkdədir.
Bu gün Dünya şahmat tacı uğrunda yarışın 3-cü qarşılaşması keçirilib. Qarşılaşmada amerikalı şahmatçı ağ fiqurlarla oynayıb və tərəflər növbəti bərabərliyə imza atıblar.
Xatırladaq ki, öncəki 2 qarşılaşma bərabərliklə başa çatmışdı.

