XI turun ən yaxşısı Ozobiç oldu

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XI turunun ən yaxşı futbolçusu məlum olub.

 

Bu, “Qarabağ”ın oyunçusu Filip Ozobiçdir. Keçmiş komandası “Qəbələ”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan xorvat yarımmüdafiəçi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Filip Ozobiç turun ən yaxşı indeksə malik futbolçusudur. 

Müəllif: Estafet.az