"Kosovoyla qarşıdakı oyun finaldı": Almeyda

ESTAFET/ "Oyuna nəzarət biz tərəfdə idi. İki qoldan da çox vura bilərdik. indi Kosovo millisinə köklənməliyik ki, bu, yaxşı komandadı. Ancaq bizim də güclü heyət var". Bu fikirləri Azərbaycan millisinin futbolçusu Riçard Almeyda bildirib.

 

Millətlər Liqasında Farer adaları yığmasını evdə 2:0 hesabıyla məğlub etdikləri qarşılaşmanı şərh edən yarımmüdafiəçi qələbəyə görə çox sevindiklərini qeyd edib: "Fasilədən sonra topa nəzarətə üstünlük verdik. Çünki sarı vərəqə limitində olan bəzi futbolçularımız vardı. Risk etmək istəmirdik. Üstəlik, top səndə çox olanda az yorulursan. Artıq səfərə çıxırıq. Kosovoyla qarşıdakı oyun finaldı. Çünki bu görüşdə pley-offa vəsiqənin taleyi müəyyənləşəcək. İstərdik ki, bu matçda tam gücümüzü qoyaq. İnanıram ki, Azərbaycana yaxşı nəticəylə qayıdacağıq"

 

Xatırladaq ki, Kosovo - Azəraycan matçı noyabrın 20-də Priştinada Bakı vaxtilə saat 23:45-də keçiriiləcək.  

Müəllif: Estafet.az