Finalın cavab görüşünün vaxtı və yeri bəlli oldu
ESTAFET/ “Boka Xuniors”la “River Pleyt” arasındakı Libertadores kubokunun finalının cavab oyununun keçiriləcəyi yer və tarix məlum olub. Sözügedən qarşılaşma dekabrın 9-da, “Real”ın stadionu “Santyaqo Bernabeu”da keçiriləcək.
Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqez Argentina mətbuatına açıqlamasında deyib:
“Final matçı 9 dekabrda, saat 21:30-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Qapılar futbolun yaxşılığını istəyən azarkeşlər üçün açıq olacaq. Futbol xuliqanları gəlmək haqda düşünməsin, onlara burda yer yoxdur”.
24 noyabrda keçirilməsi nəzərdə tutulan “River Pleyt” - “Boka Xuniors” matçı azarkeşlərin səbəb olduğu hadisələrə görə təxirə salınıb.