Ağsuda ilklərlə zəngin oyun
ESTAFET/ Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub. “Sabah”ın 29 yaşlı yarımmüdafiəçisi “Ağsu” ilə səfər oyununda hesabı açıb.
Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub. “Ağsu”nu 3:0 hesabı ilə məğlub edən “Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.