Əliyar Ağayev "Neftçi” - "Sumqayıt” oyununda

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyunların təyinatları açıqlanıb. "Neftçi” - "Sumqayıt” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.

 

Xatırladaq ki, dekabrın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 19:00-da başlanacaq. 

Müəllif: Natiq NƏSİROV