Sumqayıtda ənənəvi turnir keçiriləcək

ESTAFET/ 23 dekabrda Sumqayıt Olimpiya İdman Kompleksində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş klublararası ənənəvi turnir təşkil ediləcək.

Yarışı Azərbaycan Milli Karate Federasiyası və təşkilatın üzvü olan "Dostluq" Əlbəyaxa Döyüş İdman Növləri Klubunun Sumqayıt şəhər şöbəsi birgə keçirir. 6-7, 8-9, 10-11 və 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər müxtəlif çəkilərin fərdi kata və kumite yarışlarında mübarizə aparacaq.

Ənənəvi turnirin açılış mərasimi saat 15:00-da olacaq. Fərqlənən idmançılar hər iki təşkilatın birgə təsis etdiyi kubok, diplom və medallarla mükafatlandırılacaq.  

Müəllif: Orxan NOVRUZOV