Aleks Sandro müqaviləsini uzatdı

ESTAFET/ İtaliya çempionu “Yuventus” futbolçusu Aleks Sandro ilə yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, 2015-ci ildən Turin klubunda çıxış edən A.Sandro bu mövsüm A Seriyasında 14 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Müəllif: Estafet.az