Belçika millisinin üzvü ABŞ klubunda

ESTAFET/ Fransanın “Dijon” klubuyla yollarını ayıran Belçika millisinin üzvü Loran Simanın yeni klubu bəlli olub. 33 yaşlı müdafiəçi ABŞ-ın “Toronto” klubuyla müqavilə imzalayıb. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Siman “Toronto”ya azad agent kimi keçib.


Karyerası ərzində “Brügge”, “Standard” (Lyej), “Los Anceles” kimi klublarda forma geyinən 33 yaşlı müdafiəçi, 2018-ci ilin avqustunda “Dijon”a keçmişdi. Siman 20 dəfə də Belçika millisinin formasını geyinib. 

Müəllif: Estafet.az