"Başakşəhər" Robinyonu heyətinə qatdı
ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasının cari mövsümünü lider kimi başa vuran “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, elitanın digər iştirakçısı “Sivasspor”dan Robinyo transfer edilib.
Yaxın günlərdə “Başakşəhər” Robinyonu rəsmən təqdim edəcək və transferrin detalları açıqlanacaq.
Qeyd edək ki, 34 yaşlı braziliyalı hücumçu “Sivasspor”un heyətində bu mövsüm 16 oyuna çıxıb, 8 qola imza atıb.