Messi və Ronaldo Bağdada çata bilmədi
ESTAFET/ Dünyada futbol azarkeşləri mövsümün və ilin yekunlarında adətən 2 futbolçunun - Messi və Ronaldonun bütün titul və rekordlara sahib olacağına alışıblar. Lakin 2018-ci ildə bütün liqalar üzrə ən çox qol vuran futbolçuların siyahısı açıqlanan zaman ilk sırada bu 2 futbolçudan heç biri yer almayıb. Siyahıya 40 oyuna 59 qol vuran Qətərin "Əl-Sədd" klubunda çıxış edən Bağdad Bunedca başçılıq edib.
İspaniyanın "Barselona"sının forvardı Lionel Messi 54 oyuna 51 qolla ikinciliklə kifayətlənib. O, Avropa üzrə milli çempionatlarda ən yaxşı bombardir olub.
Üçüncü sırada isə 53 oyuna 49 qol vuran Madrid “Real”ını İtaliya "Yuventus"una dəyişmiş Kristiano qərarlaşıb.