Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə start verilib

ESTAFET/ Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Yarışın ilk günündə 82 yeniyetmə qılıncoynadan 3 silah növü üzrə qalibləri müəyyənləşdirib:


Sablya

Oğlanlar:

1. Murad Əkbərov
2. Saleh Məmmədov
3. Maqsud Hüseynli, Abdulla Əlizadə

Qızlar:

1. Sara Aydəmirova
2. Zərifə Hüseynova
3. Xədicə Şamilova, Fidan Quliyeva

 

Şpaqa

Oğlanlar:

1. Barat Quliyev
2. Cavid Həmidov
3. Raul Aruslanov, Kənan Məlikzadə

Qızlar:

1. Nazilə Rəhimova
2. Azərin İdriszadə
3. Ləman Bayramova, Alfiyə Abdiova

Rapira:

Oğlanlar:

1. Ziya Yolçuzadə
2. Səid Həsənzadə
3. Camel Vəliyev, Davud Hüseyn

Qızlar:

1. Ameliya Məmmədova
2. Əminə Sadıqova
3. Kamilla Məmmədova, Aynur İsayeva

İlk 3 yerin sahibləri diplom və medallarla yanaşı, Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının Birgə təşkilatçılığı keçirilən yeniyetmə və gənclərin Azərbaycan birinciliyi dekabrın 30-da gənc qılıncoynadanların mübarizəsi ilə yekunlaşacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV