KARLSEN HESABI BƏRABƏRLƏŞDİRDİ

ESTAFET/ ABŞ-ın Nyu York şəhərində şahmat üzrə Dünya Çempionu adı uğrunda görüşlər davam edir. 8-ci gürüşdə hazırkı Dünya Çempionu norveçli Maqnus Karlsen məğlub olaraq hesabda geri düşmüşdü. Bu gecə oynanılan 10-cü oyunu qələbə ilə başa vurmağı bacaran "vikinq" hesabı bərabərləşdirdi.

 
 
 
X görüşün nəticəsi:
 
Maqnus Karlsen - Sergey Karyakin 1-0
 
Ümumi hesab: 5-5
 
 
Reqlamentə əsasən, hazırkı Dünya Çempionu norveçli zəka sahibi Maqnus Karlsenlə iddiaçı Sergey Karyakin (Rusiya) arasında 12 partiya oynanılacaq.
 
Vaxt nəzarəti: 40 gediş üçün 100 dəqiqə + 20 gediş üçün 50 dəqiqə + 15 dəqiqə və partiyanın sonunadək hər gediş üçün +30 saniyə.
 
Görüşlərin yekununda heç-heçə qeydə alınacağı halda, 25 dəqiqə + hər gedişə 10 saniyə vaxt nəzarəti olan 4 görüşdən ibarət tay-breklər oynanılacaq. Burada da bərabərlik olarsa, 5 dəqiqə + hər gedişə 3 saniyəlik vaxtla əlavə 2 partiya oynanılacaq. Bundan sonra, ehtiyac olacağı təqdirdə 2 partiyadan ibarət 4 blitsmatç oynanılacaq. Əgər bu halda da qalib müəyyənləşməyəcəksə, armagedon oynanılacaq. Ağlar 5 dəqiqə, qaralar 4 dəqiqə vaxta malik olacaq. Bərabərlik qaraların qələbəsi deməkdir.