Kapitan 800-ə çatdı

ESTAFET/ “Real” İspaniya La Liqasının 17-ci turundan təxirə salınmış oyunda səfərdə “Vilyarreal”la qollu bərabərə qalıb - 2:2. Sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub. Belə ki, ispan müdafiəçi karyerası ərzində 800-cü matçına çıxıb.

2004-cü ildə peşəkar karyerasına “Sevilya”da başlayan 32 yaşlı müdafiəçi, Əndəlüs təmsilçisiylə 50 oyunda iştirak edib. 2005-ci ildə “Real”a keçən Ramos, Madrid təmsilçisiylə 589 rəsmi qarşılaşmada forma geyinib.

2005-ci ildə İspaniya millisində debüt edən kapitan, yığmada 161 oyun keçirib. 

Müəllif: Orxan NOVRUZOV