Cüdo üzrə Azərbaycan birinciliyində 612 yeniyetmə mübarizə aparır
ESTAFET/ "Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparır. Birinciliyin ilk günü qızlar və oğlanlar arasında 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Respublika birinçiliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi yanvarın 11-i başa çatacaq.