Xorvatiyalı futbolçu ölkəmizdə oynamaqdan niyə imtina edib?
ESTAFET/ "Zaqreb" klubunun müdafiəçisi Bojo Musanın karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb. Matç.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, bunu 30 yaşlı mərkəz oyunçusu özü deyib.
Karyerasını yalnız Xorvatiyada ilə Bosniya və Herseqovinada keçirən Musa ilk dəfə başqa ölkəyə yollanmaq qərarına gəlib. Lakin o, Azərbaycandan gələn təklifi rədd edərək, Polşa təmsilçisi "Medz"lə anlaşıb. Xorvatiyalı futbolçu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.
O, seçimini belə əsaslandırıb: "Bir tərəfdən daim oynadığm ölkələri tərk etdiyim üçün məyusam, digər tərəfdən isə yeni çağırışa görə sevinirəm. Yalnız güclü komanda üçün bunu edə bilərdim. Bakıdan təklifim var idi, ancaq Azərbaycana getmək istəmədim. Menecerim mənə "Medz"dən təklif olduğunu söylədiyi zaman diqqətimi çəkdi. Bir neçə telefon danışığından sonra razılaşdıq və ardından yeni komandamla müqavilə bağladım".