Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir

ESTAFET/ Dünən stolüstü tennis üzrə Azərbaycan Çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər İdman Nazirliyinin idman təqvim-planına müvafiq olaraq keçirilən yarışın Şüa Sağlamlıq Mərkəzində açılış mərasimi baş tutub.
Açılış mərasimində çıxış edən vitse prezident Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmişdir. Cari ildə idmançılarımızın Macaristanda 1 gümüş və 1 bürünc medal, Rusiayada 1 qızıl , 2 gümüş və 1 bürünc medal qazanmasını vurğulayaraq idmançıları təbrik edib.
Fevralın 8-dək davam edəcək şəxsi və komanda xarakteri daşıyan çempionatda respublikanın şəhər və rayonlarından 100-ə yaxın idmançı qatılıb.
