Tehran Məmmədov 55 kq-da qızıl medal qazandı

ESTAFET/ Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı bugün start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kq (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kq (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.
