Yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb

ESTAFET/ Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Boks Mərkəzində təşkil olunan yarışdan öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
2003-2004 təvəllüdlü boksçular arasında keçirilən birinciliyə 50-yə yaxın komandanın 268 idmançısı qatılıb. Yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Final qarşılaşmaları isə martın 3-də baş tutacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV