"Sabah"la oyuna hazırlıq davam edir

ESTAFET/ "Neftçi” futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığını davam etdirir. "Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Aqil Məmmədovun fərdi hazırlaşdığı və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, martın 2-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:30-da başlanacaq. 

Müəllif: Natiq NƏSİROV