Yeniyetmə sablyaçılarımız komanda yarışında iştirak edib
ESTAFET/ İtaliyanın Foggia şəhərində yeniyetmə və gənclər arasında Avropa birinciliyi davam edir.
Yeniyetmələrin son yarış günündə Saleh Məmmədov, Maqsud Hüseynli və Murad Əkbərovdan ibarət sablya üzrə yığma komandamız mübarizə aparıb. 1/8 finalda İtaliya təmsilçilərinə 28:45 hesabı ilə uduzan sablyaçılarımız, 9-16-cı yerlər uğrunda görüşdə polşalı həmkarlarına 20:45 hesabı ilə məğlub olub. Komandamız 13-16-cı yerlər uğrunda görüşdə Böyük Britaniya idmançıları üz-üzə gəlib. Gərgin keçən görüş Böyük Britaniyanı təmsil edən sablyaçıların 41:45 hesablı qələbəsi ilə başa çatıb. Foggiada keçirilən Avropa birinciliyində bu gün gəncləri mübarizəsinə start verilib. Qadın sablyaçıların şəxsi yarışında Aysel Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanmaqla mübarizəni dayandırıb.