Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

ESTAFET/ Cari ilin təqvim idman planına əsasən stolüstü tennis üzrə 2001-ci il və daha azyaşlılar arasında “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş Azərbaycan birinciliyi sona çatdı. Birincilikdə Bakı, Sumqayıt, Şəki, Qax, Şabran, Şirvan, Daşkəsən, Gədəbəy, Zərdab, Ağdaş komandalarından 80-ə yaxın idmançı iştirak edib.

Yarışın qalibləri:

Komanda yarışlarında
Oğlanlar 
I yer – Bakı 
II yer - Sumqayıt 
III yer - Şabran 

Qızlar

I yer – Şəki 

II yer – Sumqayıt 

III yer – Bakı

Şəxsi yarışlarda
Oğlanlar
I yer – Məmmədov Emin
II yer – Ansari İbrahim
III yer – Məmmədov Nihad
Qızlar
I yer – Qarayeva Nəzakət
II yer – Abdulhəmidova Ləman
III yer – Cəfərova Fatimə


Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və medalları ilə təltif olundular. 

Müəllif: Məsim MƏSİMZADƏ