Tatyana Varansova Avropa çempionatının yarımfinalında

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparır.
Mübarizəyə 1/4 finaldan başlayan Tatyana Varansova debütdə Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib. Mingəçevir güləş məktəbinin yetirməsi axşam seansında final yolunda Almaniya nümayəndəsi ilə üz-üzə gələcək.
Elis Manolova təsnifat mərhələsində Belarus güləşçisinə aman verməyərək vaxtın əvvəl qələbə qazanıb. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə məğlub olub.

53 kq
1/2 final - Tatyana Varansova - Annika Vendl (GER)
1/4 final - Tatyana Varansova - Aqata Marta Valerjak (POL) 8:3

65 kq
1/4 final - Elis Manolova - Krista Tunde İnçe (ROU) 0:4
Təsnifat - Elis Manolova - Veronika Eismant (BLR) 9:0 

Müəllif: Natiq NƏSİROV