Şahmatda yeni reytinq sistemi- URS

ESTAFET/ Sent Luis Şahmat Klubu və Kasparov Fondunun birlikdə təqdimatı ilə şahmatçıların reytinqlərinin hesablanması üçün yeni reytinq sistemi təqdim olunub - Universal Reytinq Sistemi (URS - Universal Rating System). Belə ki, bu sistemə görə şahmatçıların şahmatın hər 3 növü üzrə - klassik, rapid və blits - vahid reytinqi hesablanacaq. Artıq yanvar ayı üçün ilk reytinq siyahısı da elan olunub. "Grand Chess Tour" nüfuzlu şahmat seriyasının təşkilatçıları 2017-ci il üçün nəzərdə tutulan seriyaya bu reytinq sisteminə əsasən yeni iştirakçıları müəyyənləşdiriblər.
Yeni reytinq sistemində ilk 30 şahmatçı aşağıdakı kimi formalaşıb:
№ | Şahmatçı | Ölkə | UReytinq |
1 | Maqnus Karlsen | NOR | 2852 |
2 | Vladimir Kramnik | RUS | 2787 |
3 | Hikaru Nakamura | ABŞ | 2787 |
4 | Fabiano Karuana | ABŞ | 2779 |
5 | Yan Nepomnyaşi | RUS | 2779 |
6 | Sergey Karyakin | RUS | 2778 |
7 | Uesli So | ABŞ | 2777 |
8 | Maksim Vaşyer-Laqrav | FRA | 2774 |
9 | Aleksandr Qrişuk | RUS | 2771 |
10 | Vişvanatan Anand | HİN | 2771 |
11 | Levon Aronyan | ERM | 2771 |
12 | Şəhriyar Məmmədyarov | AZƏ | 2768 |
13 | Dinq Liren | ÇİN | 2763 |
14 | Vasili İvançuk | UKR | 2760 |
15 | Aniş Giri | HOL | 2757 |
16 | Yanqyi Yu | ÇİN | 2751 |
17 | Lenyer Dominqez-Perez | KUB | 2747 |
18 | Dmitriy Andreykin | RUS | 2746 |
19 | Pyotr Şvidler | RUS | 2740 |
20 | Pentala Harikrişna | HİN | 2736 |
21 | Boris Gelfand | İSR | 2734 |
22 | Liem Le Quanq | VYT | 2730 |
23 | Maykl Adams | İNG | 2730 |
24 | Radoslav Voytaşek | POL | 2725 |
25 | Pavel Elyanov | UKR | 2719 |
26 | David Navara | ÇEX | 2718 |
27 | Teymur Rəcəbov | AZƏ | 2718 |
28 | Rauf Məmmədov | AZƏ | 2717 |
29 | Xianqji Bu | ÇİN | 2715 |
30 | Vladimir Malaxov | RUS | 2715 |