Rəcəbovdan 3-cü bərabərlik, Şəhriyar uduzdu
ESTAFET/ Bu gün Şəmkirdə şahmat üzrə “Shamkir Chess” superturnirində III turun oyunları keçirilir. Dünyanın ən güclü 10 şahmatçısının dairəvi sistem üzrə keçirilən mübarizəsində üçüncü gündə təmsilçilərimizdən Teymur Rəcəbov çinli Dinq Lijen, Şəhriyar Məmmədyarov Vişvanatan Anandla qarşılaşırdı.
Ağlarla oynayan Teymur ardıcıl 3-cü görüşünü də bərabərliklə başa vurub. Şəhriyar isə qara fiqurlarla keçmiş dünya çempionu ilə bacarmayıb və ilk məğlubiyyətini alıb.
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5
Aleksandr Qrişşuk (Rusiya) - Aniş Qiri (Hollandiya) 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Lijen (Çin) 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
David Navara (Çexiya) - Maqnus Karlssen (Norveç) 0:1
Turnir cədvəli: 1. Maqnus Karlssen - 2,5 xal, 2-3. Dinq Lijen, Sergey Karyakin - 2 xal, 4-6. Teymur Rəcəbov, Veselin Topalov, Vişvanatan Anand - 2 xal, 7-9. Şəhriyar Məmmədyarov, David Navara, Aleksandr Qrişuk - 1 xal, Aniş Qiri - 0,5 xal