Latviya Azərbaycanla oyunlar üçün heyəti açıqladı

ESTAFET/ Aprelin 11-də və 12-də Azərbaycan millisi ilə qarşılaşacaq futzal üzrə Latviya milli komandasının heyəti açıqlanıb. Ayın 8-dən etibarən təlim-məşq toplanışına yığışacaq rəqibin baş məşqçisi Artur Şketov 14 futzalçıya dəvət göndərib:

 

Kaspar Neret (Beitar), Ayqar Bondar (Rezekne), Maksim Sens (Nikars), Artur Yerofeyev (Petrou), German Matyuşenko (Nikars), Aleksandr Kuleşov (Beitar), Yanis Pastar (“Acana Orzel”, Polşa), Dmitri Borisov (Rezekne), Rikard Raşçevski (Karqo), Yuri Halimon (Karqo), Artur Kuleşov (Beitar), Artur Strazdin (RABA), Roman Rozkovski (RABA), Matis Babris (Petrou). 

Müəllif: Orxan NOVRUZOV