Şəhriyar uduzdu, teymurdan növbəti bərabərlik

ESTAFET/ Bu gün Şəmkirdə şahmat üzrə 6-cı beynəlxalq “Shamkir Chess” superturnirində VI turun oyunları keçirilib. 10 qrossmesyterin dairəvi sistem üzrə keçirilən mübarizəsinin 6-cü günündə hər iki təmsilçimiz qara fiqurlarla oynayıb. Şəhriyar Məmmədyarov Veselin Topalova məğlubiyyətdən qaça bilməyib, Teymur Rəcəbov isə Aleksandr Qrişukla sülh bağlayıb. 

 

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0

Dinq Lijen (Çin) - Maqnus Karlssen (Norveç) 1/2:1/2

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) 1/2:1/2

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) 1:0

Aleksandr Qrişşuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) 1/2:1/2

 

Turnir cədvəli: Maqnus Karlssen, Sergey Karyakin - 4, Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Lijen, Teymur Rəcəbov, David Navara, Veselin Topalov - 3, Şəhriyar Məmmədyarov, Aniş Qiri - 2 

Müəllif: Natiq NƏSİROV