Şəhriyar uduzdu, teymurdan növbəti bərabərlik
ESTAFET/ Bu gün Şəmkirdə şahmat üzrə 6-cı beynəlxalq “Shamkir Chess” superturnirində VI turun oyunları keçirilib. 10 qrossmesyterin dairəvi sistem üzrə keçirilən mübarizəsinin 6-cü günündə hər iki təmsilçimiz qara fiqurlarla oynayıb. Şəhriyar Məmmədyarov Veselin Topalova məğlubiyyətdən qaça bilməyib, Teymur Rəcəbov isə Aleksandr Qrişukla sülh bağlayıb.
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Dinq Lijen (Çin) - Maqnus Karlssen (Norveç) 1/2:1/2
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) 1/2:1/2
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) 1:0
Aleksandr Qrişşuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) 1/2:1/2
Turnir cədvəli: Maqnus Karlssen, Sergey Karyakin - 4, Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Lijen, Teymur Rəcəbov, David Navara, Veselin Topalov - 3, Şəhriyar Məmmədyarov, Aniş Qiri - 2