Hakimlərimiz cüdo üzrə Avropa kuboku yarışını idarə ediblər

ESTAFET/ Xəbər verdiyimiz kimi ötən həftənin sonu yeniyetmə və gənc cüdoçular arasında Avropa kuboku yarışları keçirilib. Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Mətin Rəhimli İtaliyanın Liqnano şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışını idarə edib. Beynəlxalq dərəcəli hakimimiz Fariz Hüseynov isə Çex Respublikasının Teplitse şəhərində baş tutan yeniyetmə cüdoçuların qitə kubokunda ədalət təmsilçisi olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV