İntizam Komitəsi qərarlarını açıqladı

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Sabah” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXIV turunun “Səbail” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 1 №-li futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. (maddə 42.1). Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).

Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur (maddə 62).

I Divizionun XXI turunun MOİK – “Qarabağ” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun bitdikdən sonra “Qarabağ-2” klubunun 95 №-li futbolçusu Məmməd Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

I Divizionun XXII turunun “Şüvəlan” – “Kəpəz” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XXII turunun “Qarabağ-2” – “Neftçi-2” matçının 90+8-ci dəqiqəsində “Qarabağ” klubunun 71 №-li futbolçusu Toral Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXII turunun MOİK – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 86-cı dəqiqəsində “Keşlə-2” klubunun 90 №-li futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXII turunun “Səbail-2”–“Qaradağ Lökbatan” matçında xərək daşıyan şəxslərin sayı Əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67).

I Divizionun XXII turunun “Sumqayıt-2”–“Sabah-2” matçında xərək daşıyan şəxslərin sayı Əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67).


Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib. 

Müəllif: Bəhruz MƏMMƏDOV