Matviyenko Milli Gimnastika Arenasında qonaq olu

ESTAFET/ Bu gün, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Milli Gimnastika Arenasında qonaq olub.

Bakıya rəsmi səfəri çərçivəsində bədii gimnastika üzrə milli komandamızın üzvləri ilə görüşən xanım Matviyenko başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər gimnastlarımızın çıxışlarını da izləyib.

Sonda V. Matviyenko milli komandanın üzvləri ilə xatirə şəkli çəkdirib. 

Müəllif: Estafet.az