Nurməhəmməd Hacıyev Kaspiyskdə fərqləndi

ESTAFET/ Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.

50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.

Qeyd edək ki, ənənəvi turnirə sabah yekun vurulacaq. 

Müəllif: Orxan NOVRUZOV