MOİK Azərbaycan çempionu oldu

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun oyunları keçirilib. Turun bütün görüşləri eyni gündə baş tutub.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda lider MOİK “Qaradağ Lökbatan”la qarşılaşıb. “Hərbçilər” hər hissədə 1 qol vurmaqla səfərdə qələbə qazanıb.
Bununla da sözügedən komanda sona 1 tur qalmış Birinci Divizionda çempionluğu rəsmiləşdirib.
Birinci Divizion
25-ci turun oyunları
4 may 2019
“Keşlə-2” - “Şüvəlan” 1:0
Qol: Elmir Rəhimzadə 58
“Zirə-2” - “Sumqayıt-2” 2:4
Qollar: Müşfiq İlyasov 61, 75 : Fərid Kərimzadə 4, 11, Ülvi Əliyev 9, Emin Zamanov 41
“Turan Tovuz” - “Səbail-2” 2:2
Qollar: İlkin Sadıqov 65, 73 : Təyyar Məmmədov 32, Xəlil Bəşirov 84
“Kəpəz” - “Ağsu” 4:1
Qollar: Oqtay Məmmədov 30, 41, Əli Səmədov 35, Ümid Əhmədov 90+3 (pen.) : Ramil Əliyev, 63.
“Sabah-2” - “Qarabağ-2” 0:1
Qol: Cavid Bayramov 88 (pen.)
“Qaradağ Lökbatan” - MOİK 0:2
Qollar: Bahadur Həziyev 9, Orxan Həsənov 73
“Zaqatala” - “Neftçi-2” 1:1
Qollar: Ramin Əhmədov 90+7 : Əlibəy Məmmədli 73
