U18 yığması yenidən yaradılır

ESTAFET/ AFFA yenidən 18 yaşadək futbolçulardan ibarət milli komanda yaratmağa qərar verib. Bu barədə Azərbaycan Radiosuna açıqlamasında aşağı yaş qruplarından ibarət milli komandaların koordinatoru Miloş Velebit məlumat verib.
Serbiyalı mütəxəssis U-18 millisinin sentyabr ayından etibarən bərpa olunacağını açıqlayıb.
Xatırladaq ki, AFFA 2018-ci ilin əvvəlində U-18 milli komandası yaratmışdı. Bu yığma baş məşqçi Zaur Həşimovun gedişindən sonra fəaliyyətini dayandırmışdı.
Mənbə: Sport24
