Dünya çempionatının ilk günü medal olmadı
ESTAFET/ Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində start götürən dünya çempionatının ilk gününü medalsız başa vurub.
İlk yarış günündə yığmanın heyətində Qaşım Maqomedov dayanq üzərinə çıxıb.
58 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Maqomedov 1/4 finala kimi irəliləsə də, bu raundda Portuqaliya təmsilçisi Ruy Braqansaya uduzub - 4:7.
Qeyd edək ki, Azərbaycan yığması 5 gün davam edən mundialda 10 taekvondoçu ilə təmsil olunur.