Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib
ESTAFET/ Cari ilin 18-19 may tarixlərində idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib.
Şəxsi xarakter daşıyan çempionatda 50-dən çox veteran iştirak edirdi. Turnir idman mütəxəssisi Mais Şeydabıyovun xatirəsini yad etmək, veteranların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi məqsədini daşıyıb.
Açılışda iştirak edən Federasiyanın vitse-prezident Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan bəhs edərək, yarış iştrakçılarına uğurlar arzulayıb.
Turnirdə mərhumun ailə üzvləri də iştirak edirdi. Oğlu atasının xatirəsini yad etdikləri üçün hər kəsə təşəkkürünü bildirib.
İki gün davam edən turnirin qalibləri:
40-44 yaş qrupu
Qadınlar
I yer - Xəyalə Qiyasova
II yer - Könül Mikayılova
III yer - Şəfəq Nəcəfova
Kişilər
I yer - Vaqif Məmmədov
II yer - Zaur Mikayılov
II yer - Yaşar Mövlanov
50-59 yaş qrupu
kişilər
I yer - Teymur Hüseynov
II yer - İlham Ağayev
III yer - Əsgərqulu Heydərli
60 və yuxarı yaş qrupu
I yer - Səxavət Heydərov
II yer - Qulu Quliyev
III yer - Valeh Musayev
Qoşa yarışlar
I yer - Mikayılov Zaur – Hüseynov Tahir
II yer - Əli Heydəri – Rəhim Hüseynov
III yer - Vaqif Məmmədov – Mehman Həsənov
Qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunmuşdur.