UEFA "Arsenal"a xəbərdarlıq etdi

ESTAFET/ UEFA "Arsenal”a Bakıda "Çelsi”yə qarşı keçirəcəkləri Avropa Liqası finalından öncə xəbərdarlıq edib.

"The Mirror”un məlumatına görə, qurum "topçular”a azarkeşlərini finalda etirazlardan çəkindirməli olduğunu bildirib.

Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən çəkinir.

Qeyd edək ki, "Arsenal” şəxsi istəyi ilə Henrix Mxitaryanı Bakıya gətirməyəcək.  

Müəllif: Natiq NƏSİROV