Elçin Əsədov sülh yarışından “5” aldı

ESTAFET/ Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Sülh uğrunda Horizon Park” yarışı keçirilib. Veloturda Azərbaycanın Elit yığmasının üzvü – Ukraynanın “Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.

145 km məsafəni 3 saat, 38 dəqiqəyə qət edən Elçin finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. 

Müəllif: Natiq NƏSİROV