Xavi baş məşqçi oldu
ESTAFET/ Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran Xavi baş məşqçi təyin olunub. 39 yaşlı keçmiş futbolçu, son klubu olan “Əl-Sədd”in “sükanı arxasına” keçib.
Tərəflər arasında imzalanan müqavilə 2020-ci ilədək nəzərdə tutulub.
2015-ci ildən oynadığı “Əl Sədd”lə bu il Səudiyyə Ərəbistanı çempionu olan Xavi, bu komanda ilə dörd kubok qazanıb.