Qətər yığması baş məşqçisiz qaldı
ESTAFET/ Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən ayrılıb.
Qətər Futbol Federasiyasının saytınınməlumatına görə, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Noyabrda Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Yığma 6 xalla A qrupunun cədvəlinə başçılıq edir.
Keyruş bu ilin fevralından Qətər yığmasına rəhbərlik edirdi. (Sports.az)