Superkubokun oyunları nə vaxt keçiriləcək?

ESTAFET/ İspaniya Superkubokunun tarixi açıqlanıb. Yerli futbol federasiyası yarışın yeni formatda ilk mübarizəsinin gələn ilin yanvarında olacağını təsdiqləyib.
Turnirdə 4 komanda iştirak edəcək: La Liqa çempionu "Barselona", ikincisi "Atletiko", üçüncüsü "Real" və İspaniya Kral Kubokunun qalibi "Valensiya". Yarımfinal mərhələsinin ilk oyunu yanvarın 8-də, digəri isə 9-da keçiriləcək. Qalib komandalar ayın 12-də finalda üz-üzə gələcəklər.
Yarımfinal mərhələsinin cütlükləri püşkatma nəticəsində müəyyənləşəcək.
