Əliyar Ağayev və köməkçilərə sertifikat verildi
ESTAFET/ Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçirilib. Turnirin sonunda sertifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən IFAB-a müraciət edilib və müsbət cavab alınıb.
Bununla bağlı UEFA-dan AFFA-nın Hakimlər Komitəsinə məlumat daxil olub. Məlumatda bildirilir ki, FIFA referisi Əliyar Ağayev, FIFA referi köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər.